Kiborq (ingilis dilindən qısaltma: ing. cybernetic organism; azərb. kibernetik orqanizm) — həm üzvi, həm də biomexatronik bədən hissələri olan varlıq. Termini 1960-cı ildə Manfred Klaynes və Natan Klayan işlədib.[1] Biorobotlar və androidlərdən fərqli olaraq, kiborq termini əks əlaqəyə əsaslanan bəzi süni komponentlərin və ya texnologiyanın inteqrasiyası nəticəsində funksiyasını bərpa etmiş və ya inkişaf etmiş qabiliyyətlərə malik canlı orqanizmə aiddir.[2]